Cəmiyyət

Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı

Metronun “Koroğlu” stansiyasında gənc oğlan özünü qatarın altına atıb.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, ötən gün sözü gedən stansiyada gənc oğlan qatar yoluna düşüb:

“Dərhal metropolitenin təlimat qaydasına uyğun olaraq yüksək gərginlikdən ayrılıb. Daha sonra sərnişin oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir