Cəmiyyət

Həkim şəhid atasının qarnında 92 sm uzunluğunda tampon unutdu, “xərçəngdir” dedilər – VİDEO

Şirvanda əməliyyat zamanı həkim tamponu xəstənin qarnında unudub.

ATV 65 yaşlı Alim Səməd oğlu Zülfüqarovun qarşılaşdığı həkim səhlənkarlığı barədə video-süjet hazırlayıb.

Belə ki, A. Zülfüqarov səkkiz ay əvvəl əməliyyat olunub, həkim isə onun qarnında 92 santimetr uzunluğunda tampon unudub:

“Bir-iki ay özümü yaxşı hiss elədim. Narahatlığım vardı, dedi, olan şeylərdir. Sonradan dedilər, şiş görünür. Gələrsən, götürərik, sonra kimyaterapiya qəbul edərsən. Gəldim, uşaqlarıma vəsiyyət elədim”, – A.Zülfüqarov bildirib.

Yaxınlarının  məsləhəti ilə Bakıya gələn A.Zülfüqarov burada əməliyyat olunub və onun qarnından səkkiz ay əvvəl unudulmuş tampon çıxıb.

Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət olunub. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Alim Zülfüqarlı Vətən müharibəsində şəhid olan XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir