Cəmiyyət

HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR İNSANLARIN RİFAHINA XİDMƏT EDİR

Bizə yaxşı məlumdur ki, son 18 ildə ölkəmizin sosial-iqtisadi və mədəni həyatında böyük inkişaf yolu keçilib, Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Geniş sosial-iqtisadi infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi ölkənin sağlam həyat tərzinə müsbət təsir göstərib. Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövlət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. Prezident deyib ki, Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxışında irəli sürdüyü müddəlar sadə insanların ürəyindən xəbər vermişdir. Dövlət başçısı cəmiyyəti narahat edən, gələcəyə böyük ümidlər doğuran tezislərini bir daha bəyan etmişdir. Prezident deyib ki, Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etmişdir. Ölkəmizdə cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlanmışdır, artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər.

Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələri müəyyənləşdirmək zərurəti yaranmışdır. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq.

Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda addımlayan qüdrətli Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar hər birimiz tərəfindən böyük iftixarla qarşılanır, təqdir edilir. Ölkə başçısının xalqın güzəranının, sosial-rifah halının artırılmasına xidmət edən məqsədyönlü siyasətinin davamı olan bu çıxışı da məhz vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin, təmiz ekoloji mühitinin təmin edilməsinə böyük töhfələr verəcək. Bu da Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğundan xəbər verir. Bütün bunlar xalqımızı, ölkəmizin hər bir vətəndaşını sevindirir, onları Vətənin yüksəlişi yolunda yeni-yeni qələbələrə ruhlandırır.

Eldar Hacıyev, Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir