Cəmiyyət

Dünənin addımı bugünün qələbəsi

Sharing is caring!

Dünənin addımı bugünün qələbəsi

Düşüncələr bəzən bizim layiqli addım atmağımıza, mətin yollara çatmağa, işıq saçmağımıza sövq edir. Əlbəttə, dəmir iradə qurban tələb edə bilər, lakin, bugünlərdə əldə etdiyimiz qələbə əzmi, iradəmizin necə də əzilməz olduğunu dünya tarixində əks etdirdi. Bəli, əsil qələbə əzmi…
Ədəbiyyatımızın silinməz guşəsində yer alan Hüseyn Cavid yazırdı; “Əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir”. İndi, bütün deyilən sözləri bir daha təsdiq edirəm. Sözsüz, bütün bu deyilən sözlərdən aydın olur ki, biz qalibik və qələbə doyğumuzun, qüdərtimizin qırmızı xətt bucağı altından uzaqda olduğu aydındır. Bu, təkcə,döyüş meydanında deyil, siyasi sferada cənab prezident İlham Əliyevin fövqündə görürük. Dahi ingilis dramaturqu Bernard Şoun belə bir fikri ilə tam razıyam. O, yazırdı ki, “ Ağıllı adam ağlını işlədir, dahi ağıllı adam başqalarının da ağlını işlədir”. Bu sözün hansı məna kəsb etdiyini, məncə, hamıya məlum oldu. İndi artıq həm ölkəxaricində, həm də siyasi tribunalarda söz sahibi olan ölkələr dövlətimizin necə də əzmkar, tarixi faktlarla işlədiyini, haqq sözünü deməyə hüququmuzun olduğunuz şübhəsiz bildilər və öyrənməyə çalışırlar.
Dövlət başçımız İlham Əliyev özünün mənəvi və siyasi iradəsi ilə göstərdi ki, Azərbaycanın döyüş meydanında qazandığı silinməz qələbəsi, sonra isə əməkdaşlığa, sülhsevərliyə mövqeyi, dövlətimizin inkişafına bu cür faktlatla inkişaf etdirdiyini isbat etdi. Dahi ağıllı adam simasını burada əks etdirdi. Azərbaycan bir daha sübut etdi ki, dünən atmış olduğu addımı onu qələbəyə doğru apardı. Ermənistanın baş nazir postuna N. Paşinyanın seçildiyi ilk günü hamımız çox gözəl xatırlayırıq. Ölkə prezidentimiz cənab İlham Əliyev də bunu uğurlu addım ola biləcəyini hesab etdi. Əlbəttə, bizim hər birimiz düşünmüşdük ki, bu addım torpaqlarımızın sülh yolu ilə azadlığa çıxacaq. Halbuki, müəyyən zamandan sonra Ermənistanın baş naziri əzəli Azərbaycanın tərkib hissəsi olan Qarabağımız haqqında işlətdiyi nalayiq sözlər ona öz yerini göstərdi. Burada isə dahilərdən bir sitat düz yerinə düşər;” Hər zaman doğru danış ki, nə dediyini xatırlayasan”.
Hələ 2016 – cı ildə “ Aprel döyüşləri” zamanı qazanılan uğurlardan nəticə çıxarmayanlar, indi 44 günlük vətən müharibəsindən çox örnək götürəcəklər. Müzəffər Ali baş komandan İlham Əliyevin və Azərbaycan ordusunun qələbəsi xəzinə olaraq dünyaya yayıldı. Ulu Öndər Heydər Əliyevin davamçısı İlham Əliyev, xalqına bağlı, qətiyyətli, milli dəyərlərə xidmət edən ən layiqli nümayəndəsidir. Sözsüz, prezidentimizin bir çox çıxışlarında ona və ölkəmizə qarşı ciddi təzyiqlərin olduğunu dəfələrlə bildirirdi. Hətta, 44 günlük vətən müharibəsi dövründə də ona qarşı təhdidlərin qızışdığını xarici medialardan, müsahibə alanlardan açıq-aydın göstərirdi. Lakin, Prezidentimizin xalqa inamı, dəstəyi, ordumuzun birliyi, onu qələbəyə və bütün çətinlikləri dəf etməsinə səbəb oldu. Həmçinin, prezidentimizin; “ Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözü bizim ürəyimizdə dərin bir iz saldı. Vətənizmizə, dövlətimizə necə xıdmət etmək lazım olduğunu güzgü kimi əks etdirdi.
10 dekabr 2020-ci ildə qələbə əzmini nümayiş edən paraddan sonra Bakıya gələn ATƏT- in illərlə heç bir fəaliyyəti ilə yadda qalmayan Minsk qrupun həmsədrləri ilə görüş zamanı, onların dəvət etmədiyini açıq ifadə etməsi prezidentimizin əzilməyən, bitməyən, tükənməyən qüdrətindən xəbər verdi. Biz özümüz bütün problemləri həll etmişik. Dahilərdən daha biri deyir; “ Ədalət əzmlidir, ağır-ağır gəzir, amma gedəcəyi yerə mütləq çatar”. Bəli, bu da ədalət…
Prezident İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan işğal faktı ilə barışmazdır, ölkənin ərazi bütövlüyü hər şeydən vacibdir. Bu tarixi sözlər bizi Qarabağa apardı və bütün dünya daha bir sözün haqq yolunu tapdığını gördü. Bu söz belə idi; “ İşğalda olan torpaqlarda dalğalanan bayrağımız Azadlıq meydanında nümayiş olunacaqdır. Azərbaycanın mərd, vətənpərvər oğlu İlham Əliyev öz vəzifə missiyasını yerinə yetirdi və onun təbirincə desək; Biz haqq yolundayıq, bizim işimiz haqq işidir, biz zəfər çalacayıq. Qarabağ Azərbaycandır”.

Sübhan Müslüm oğlu Hacıbabazadə,
Saatlı Peşə Liseyinin ingilis dili müəllimi
XəbərAl az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir