Cəmiyyət

Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər – FOTO/VİDEO

Ermənistan XİN-in rəsmi saytında edilmiş dəyişiklik geniş müzakirə mövzusuna çevrilib.

Belə ki, XİN-in rəsmi saytında vətəndaşlarının Ermənistana vizasız səyahətinə icazə verilən ölkələr arasında Azərbaycan da yer alıb.

Saytda Azərbaycan vətəndaşları üçün viza müraciəti etmək istədikdə “Ermənistan Respublikasına səfər zamanı seçilən ölkənin vətəndaşlarına bütün pasport növləri üzrə vizasız rejim fəaliyyət göstərir” qeydi ortaya çıxır.

Ermənistan XİN-in saytında həmçinin qeyd olunub:

“Seçilmiş ölkənin vətəndaşları bir il ərzində 180 gündən çox olmayaraq, Ermənistan Respublikası ərazisində qala bilərlər. Vətəndaşın pasportu Ermənistan Respublikasında olduğu müddət ərzində etibarlı olmalıdır”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir