Cəmiyyət

“CƏSUR DÖYÜŞÇÜ” medallı zabitimiz baş leytenat Taleh Qaraşovun döyüş yolu

Sharing is caring!

“CƏSUR  DÖYÜŞÇÜ” medallı zabitimiz baş leytenat Taleh Qaraşovun döyüş yolu

 
Masallı rayonu Köçəkli kəndi adi kəndlərimizdən biri kimi hər kəs tanıyır. Köçəklidi yaz günündə 10.05.1978-ci ildə balaca bir oğlan dünyaya göz açır. Gəlişi ilə ailəyə, dostlara,qohumlara sevinc gətirir. Ağamalı kişi oğluna Taleh adını qoyur. İllər-illəri qovarkən həyat dəyişdikcə bu balaca oğlan böyüyür. Artıq zaman Talehin zamanıdı. Qaraşov Taleh Ağamalı oğlu özünün ən gözəl zamanını yaşayır.Böyüyüb boya-başa çatdığı Masallıda uzaqda hərbi xidmətinin davam etdirir. Vətənin keşiyində durub, silaha sarılıb düşmənə qan uddurur Taleh Qaraşov.

Müharibənin ilk günündən sentyabrın 28-də silahına sarılan ehtiyatda olan baş leytinat Taleh Qaraşov ən Vətənin ən çətin günlərində Füzuli, Hadrud, Daşaltı və Şuşada düşmənə qarşı mərdliklə vuruşur.

2252e3ef-f0e2-40eb-85a2-c8c9c74fbe5c.jpg - 152.03 KB
Hazırda xidmətini Şuşada davam etdirən Taleh Füzuli şəhərində bir dəfə raket zərbəsinə düşsədə döyüş ruhu onu tərk etməyib. Ailəsində üç övlad böyüdən Taleh Masallı rayonu elektrik şəbəkəsində mühəndis işləyib. Ancaq Vətən sevgisi 30 illik Vətən həsrəti onu döyüşlərə aparıb. İndi bütün ailə qohumlar Taleh Qaraşovun dönəcəyi günü səbirsizliklə gözləyir.

Ancaq bir fərqlə Talehi böyüdən ona əziyyət çəkən atası Qaraşov Ağamalı Salman oğlundan başqa. O, Qarabağın azadlığa qovuşduğu günü gördü ancaq öz oğlu ilə deyil. Qaraşov Salman indi haqq dünyasına qovuşub.

Allah rəhmət eləsin!
fe939963-ceb3-42a4-8c33-998a6c43a720.jpg - 134.57 KB

Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə döyüşdə iştirakına görə Qaraşov Taleh Ağamalı oğlu ” Cəsur Döyüşçü” medalı ilə təltif olunub.
Arzu edirik ki, tez bir zamanda Taleh ailəsinə qovuşsun.
9381584b-a734-4234-b085-30be044165b6.jpg - 192.22 KB

Dünyapress.info saytı və təsisçisi Natiq Əbilov adından Qaraşov Ağamalı Salman oğlunun vəfatı ilə əlaqədar onun oğluna , yaxınlarına və ailə üzvülərinə dərin hüzünlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir