Cəmiyyət

İşğaldan azad olunan iki kəndin adının dəyişdirilməsi Parlamentin müzakirəsində

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

Qanun layihələri barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir