Cəmiyyət

“Araz” supermarket şəbəkəsi də “Johnson & Johnson” məhsullarını satışdan çıxarıb – FOTO

Sharing is caring!

“Araz” supermarket şəbəkəsi “Johnson & Johnson” şirkətinin məhsullarının satılmasından imtina edib.

Bu barədə supermarket şəbəkəsi sosial media hesabında məlumat verib.

“Araz” şəbəkəsi “Rahat” supermarketlər şəbəkəsinin başladığı təşəbbüsü dəstəkləyərək “Johnson & Johnson” şirkətinin bütün məhsullarını satışdan yığışdırıb.

Qeyd edilir, ki bu addım “Johnson & Johnson” şirkətinin paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.

“Johnson & Johnson” şirkəti rəsmi “Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir