Cəmiyyət

Günay Ağamalı “Bir Millət, İki Dövlət – Tək Amal” Dostluq qrupunu yaratdı

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Günay Ağamalı feysbuk sosial şəbəkəsində Türkiyə Cümhuriyyəti günü münasibəti ilə “Bir millət, İki Dövlət – Tək Amal” adlı qurup yaradıb. O, bunu öz səyfəsində qeyd edərək ki, hər iki ölkə vətəndaşlarını bu qrupa üzv olmasını və birlikdə informasiya mübarizəsinə qoşulmağa dəvət edib.

Yazını olduğu kimi təqdim edirik:

Erməni vandallarına qarşı​ apardığımız ədalətli Vətən müharibəsinin ilk günündən Xalqımızla, Dövlətimizlə bərabər olan Türk qardaşlarımızın və Türkiyə Cümhuriyyətinin Prezidenti çox dəyərli Recep Tayyip Erdoğanın verdikləri mənəvi və siyasi dəstəyin böyük əhəmiyyəti var.

Bu baxımdan “Bir Millət, İki Dövlət – Tək Amal” bu gün Qarabağ cəbhəsində və Beynəlxalq platformalarda Azərbaycanın haqq işinə verdiyi tövhələr həm də gələcəyə hədəflənib.

Qərara gəldim ki, belə bir dostluq qrupunun yaradılması təşəbbüsü ilə çıxış edim. Ümidvaram ki, dəyərli sosial şəbəkə​ dostlarımla “Bir millət, İki Dövlət – Tək Amal” layihəmiz ciddi uğur qazanacaq və qarşıya qoyulan hədəflərə ciddi töhələr verəcəkdir.

Xeyirli, uğurlu olsun!

Sayqılarımla, Günay Ağamalı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.