Cəmiyyət

Fəzail Ağamalı xarici ölkələrin siyasi partiyalarına və beynəlxalq təşkilatlara müraciət etdi

Ana Vətən Partiyasının sədri, Millət Vəkili Fəzail Ağamalı aşağıdakı ölkələrin siyasi partiyalarına və Beynəlxalq təşkilatlara ingilis və rus dillərində məktub
ünvanlamışdır.

Latın Amerikası Ölkələri – Brazilya, Peru, Uruqvay, Çili üzrə 23 siyasi partiya;
Şimali Amerika Ölkələri – Meksika, ABŞ üzrə 6 siyasi partiya;
Avropa Ölkələri – Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Norveç, Rusiya, İsveç, Gürcüstan, Ukrayna, Moldova üzrə 25 siyasi partiya;
Asiya ölkələri: Vyetnam, İndoneziya, Qırğızıstan, Çin, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan, İraq, Pakistan, Türkmənistan, Yaponiya üzrə 31 siyasi partiya;
Türkiyə: AK Parti, MHP, İYİ Partiyaları;
Rusiya: İqor Yuriyevic Korotçenkov, Leonid İvanoviç Kalaşnikov, Maksim Leonardoviç Şevçenko, Oleq Yuriyeviç Kuznetsov, Aleksandr Baunov, Sergey Aleksandroviç
Markov, Aleksandr Andreeviç Proxanov.
Beynəlxalq Təşkilatlar: International Refugee Organization, Human Rights Watch, Reporters Without Borders, Arms Sales Monitorng Project, Ekomonists for Peace
and Security, Women’s International League for Peace and Freedom, Amnesty İnternational, ActionAid, Alliance for Peacebuilding, CARE International, Catholic
Relief Services, Danish Refugee Council, Norwegian Refugee Council, Global Network of Women Peacebuilders, Greenpeace, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT),
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı (CBCTO), Parlamentlərarası İttifaq (Pİ),
Milli Demokratiya İnstitutu, İnsan Hüquqları Beynəlxalq Cəmiyyəti, Qlobal Təhlükəsizlik Təşkilatı (Global Security).

Məktubda deyilir:
Sizi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dağlıq Qarabağ problemilə bağlı qısa məlumatlandırmaq istərdik.

1988-ci ildə Sovet İttifaqında mərkəzi hakimiyyətin zəifləməsindən, sovet respublikalarında müstəqillik uğrunda hərakatların başlanmasından istifadə edən
Ermənistan Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əsilli əhali üçün müstəqillik tələbilə separatizmə başladı və onu geniş
miqyaslı təcavüzə çevirdi.

SSRİ-yə məxsus 366-cı alayın köməyi ilə Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən Ermənistan bir milyonadək insanı yaşadıqları ərazilərdən zorakılıqla
deportasiya etdi. Müharibənin gedişində minlərlə dinc sakin qətlə yetirildi. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən
azərbaycanlıların yaşadığı Xocalı şəhərinin dinc əhalisinə vəhşicəsinə hücum təşkil edildi, xalqımıza qarşı soyqırım törədildi. Nəticədə 613 dinc sakin, o cümlədən
qadınlar, uşaqlar, yaşlılar soyqırıma məruz qaldı.
12 may 1994-cü ildə ATƏT-in vasitəçiliyilə tərəflər arasında müharıbəni dayandırmaq və sülh danışıqlarına başlamaq üçün Bişkək protokolu imzalandı. Sülh
danışıqlarında vasitəçilik missiyası Minsk Qrupunun üzvləri olan Rusiya, ABŞ və Fransanın həmsədrlik institutuna tapşırıldı. Həmin tarixə qədər Azərbaycan
torpaqlarının artıq 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Nəticədə yüzlərlə yaşayış məntəqəsi, şəhər, qəsəbə və kəndlər dağıdılaraq yer üzündən silinmiş,
dünya və regional əhəmiyyətli çox sayda tarixi abidə məhv edilmişdi.

İllərdir Azərbaycan Respublikasının hökuməti tərəfindən bir milyonadan çox insanın ən ümdə hüquqlarının: yaşamaq, təhsil, səhiyyə, təhlükəsizlik problemlərinin
həllinə milyardlarla ABŞ dollar vəsait xərclənir. Azərbaycanın bu münaqişə nəticəsində maddi və mənəvi zərərinin həcmini pulla ifadə etmək olduqca çox çətindir.
Görülən tədbirlərə baxmayaraq hələ də ağır sosial şəraitdə yaşayan məcburi köçkün ailələri vardır.

Uzun illərdi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayonu dünyanın bir çox terror təşkilatının hazırlıq poliqonuna,
qanunsuz narkotika istehsalının və tranzitinin vacib bölgəsinə çevrilmişdir.

İşğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan ordusunun qeyri – şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı
qətnamələrini heçə sayan işğalçı dövlət bütün beynəlxalq qurumlar tərəfindən tanınan Azərbaycan torpaqlarının azad olunmasına dair heç bir tədbir görməmiş,
əksinə bu torpaqlarda böyük müdafiə istehkamları quraraq, tam gücü ilə silahlanmışdır.

Azərbaycan hökuməti 26 ildir davam edən danışıqlar prosesinə və problemin sülh yolu ilə həllinə sadiq qalmışdır. Lakin 2018-ci ildə Ermənistanda məxməri inqilab və
vətəndaş qarşıdurması nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan danışıqlar prosesinin dayandırılması üçün əlindən gələn hər şeyi etdi. İştirak etdiyi bütün
beynəlxalq tədbirlərdə “Qarabağ Ermənistanındır” deyən Paşinyan həm də 1949-cu il Cenevrə Konvensiyasının tələblərini pozaraq işğal olunmuş ərazilərdə xaricdən
köçürülən erməni ailələrini yerləşdirməyə başladı. Bununla kifayətlənməyən Ermənistan hökuməti əlavə Azərbaycan torpaqlarının işğal edilməsi niyyətini gizlətmir və
sistemli olaraq müxtəlif istiqamətlərdən Azərbaycan ərazisinə hücumlar təşkil edirdi.
Nəhayət cari ilin 27 sentyabr tarixində səhər saatlarında Ermənistanın Azərbaycanın Tərtər rayonunda yaşayan mülkü əhaliyə qarşı hücumu Azərbaycan xalqının və
Azərbaycan dövlətinin səbr kasasını doldurdu və Ermənistanın təcavüzünə qarşı anti – terror əməliyyatlarına başlandı. Biz ədalətli, işğalçı Ermənistana qarşı Vətən
müharibəsi aparırıq. Niyyətimiz BMT tərəfindən tanınan ərazi bütövlüyümüzü və məcburi köçkünlərimizin hüquqlarını bərpa etməkdir.
Hərbi əməliyyatların başladığı 27 sentyabr 2020-ci ildən bu günə qədər erməni işğalçıları Azərbaycanın mülki əhalisinə qarşı vandal terror hücumlarını davam etdirir.

Ermənistan Tərtər, Mingəçevir, Ağcabədi, Beyləqan, Gəncə şəhərlərini və bir sıra kənd və qəsəbələri dağıdıcı silahlardan istifadə edərək, 43 mülki şəxsin həyatına
son qoymuş, hücum nəticəsində 206 nəfər yaralanmış, 241 mülki obyekt və 1479 yaşayış evi, 66 çoxmərtəbəli yaşayış binası darmadağın edilmişdir.

Oktyabrın 17-də Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərini dağıdıcı raketlərlə atəşə tutması nəticəsində içərisində uşaq və qadınlar da olmaqla 15 nəfər qətlə
yetirilmiş, 48 nəfər yaralanmış, 30-dan çox yaşayış evi tamam yer üzündən silinmişdir.
Sizi mülki şəxsləri belə, hədəfə alan Ermənistanın işğalçılıq və barbar mahiyyəti daşıyan təcavüzünə qarşı Azərbaycanın haqlı mövqeyinin yanında olmağa, BMT və
bütün Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın tanınan ərazi bütövlüyünün pozulmasına və işğala “yox” deməyə, bir milyondan çox məcburi köçkünün öz tarixi
yurdlarına qayıtması hüququnu müdafiə etməyə səsləyirik.

Qədirbilən Azərbaycan xalqı çətin zamanlarda onun yanında olan hər kəsi xatırlayacaq və unutmayacaqdır.

Dərin hörmətlə,
​ Milli Məclisin deputatı Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir