Cəmiyyət

Fəzail Ağamalı: QƏLƏBƏMİZİN ŞUŞADA QEYD EDİLMƏSİNƏ SAYLI GÜNLƏRİMİZ QALIB

Sharing is caring!

QƏLƏBƏMİZİN ŞUŞADA QEYD EDİLMƏSİNƏ

SAYLI GÜNLƏRİMİZ QALIB

Erməni faşistləri bu gecə Gəncəni dağıdıcı raketlərlə atəşə tutaraq çoxsaylı mülki vətəndaşlarımızı qətlə yetirməklə və ağır yaralamaqla ənənəvi vəhşiliyini və vandallığını nümayiş etdirdi. İnsani və Bəşəri dəyərləri ayaq altına ataraq müharibə zonasından on kilometrlərlə uzaq olan, körpələrimiz, qadın və qocalarımız da daxil olmaqla, mülkü əhalimizin yatdığı gecə vaxtı öldürücü, dağıdıcı və yandırıcı raketlərlə qətlə yetirən Ermənistanın barbar hərbi-siyasi rəhbərliyi beynəlxalq səviyyədə cəzalandırılmalıdır. Bu, düşünülmüş terror aktdır və hərbi cinayətdir.

Bu gün düşmən tərəfindən Gəncənin üçüncü dəfə vəhşicəsinə atəşə tutulması və günahsız soydaşlarımızın qətlə yetirilməsi bizə ağrılar verdi. Eyni zamanda müzəffər ordumuzun qazandığı son dərəcə əhəmiyyətli qələbənin sevincini yaşadıq.

Qəhrəman və igid Silahlı Qüvvələrimiz Ali Baş Komandanın rəhbərliyilə döyüş cəbhəsində tökülən qanların intiqamını alır, şərəfli missiyasını davam etdirir, yırtıcı xarakterli düşmənlərimizə ölümcül zərbələr vurur.

Səhər saatlarında Ali Baş Komandan, möhtərəm cənab prezident İlham Əliyevin xalqımıza müraciəti olduqca ciddi mahiyyət daşıdı və səfərbəredici rol oynadı.

Bir daha Polad iradəsini və Vətən müharibəsində qələbimizə dərin inamını ifadə edən möhtərəm, cənab prezidentin Füzuli şəhərinin və bir neçə kəndimizin işğalçı ordudan azad edilməsi müjdəsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı.

Ali Baş Komandan düşmənə qarşı barışmazlığını, axırıncı düşmən əsgəri torpaqlarımızda it kimi gəbərənə qədər Silahlı Qüvvələrimizin hərbi əməliyyatları sona qədər aparacığını və Vətən müharibəmizin qələbə ilə başa çatmasına heç bir qüvvənin mane ola bilməyəcəyini qətiyyətlə önə çəkdi.

Gəncədə vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Uca Tanrıdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Dəyərli xalqımıza Füzulinin işğaldan azad edilməsi münasibətilə göz aydınlığı verirəm. Əminəm ki, tezliklə bütün tarixi torpaqlarımızın işğaldan azad olması müjdəsinə və Şüşada qələbəmizin qeyd edilməsinə saylı günlərimiz qalıb.

Müdrik, Qəhrəman Ali Baş Komandanımıza və igid Silahlı Qüvvələrimizə eşq olsun!

Fəzail Ağamalı,

Millət Vəkili

Ana Vətən Partiyasının sədri

17 Oktyabr 2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir