Cəmiyyət

Mənzillərin qeydiyyatı üçün səyyar sənəd qəbulu keçiriləcək

Sharing is caring!

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar sənəd qəbulu bu gün Yasamal rayonu A.M.Şərifzadə küçəsi,196 (yeni ünvan sisteminə görə Məhəmmədşərif Həmidov küçəsi, 56) ünvanında, oktyabrın 9-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137-ci məhəllə (yeni ünvan sisteminə görə A.M.Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir