Cəmiyyət

Bu gün daha 53 nəfər Gürcüstandan Azərbaycana təxliyyə ediləcək

Sharing is caring!

Sentyabrın 21-də Gürcüstandan daha 53 Azərbaycan vətəndaşı təxliyyə ediləcək.

Unikal.org xəbər verir ki, təxliyyə olunacaq şəxslər Marneulidəki klinikalardan birində koronavirusla bağlı test verəcəklər.

Test cavabı neqativ olan şəxslər sentyabrın 21-də səfirlik binasının qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Sınıq körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2 500-dən çox azərbaycanlının təxliyyəsi həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir