Cəmiyyət

Kamran Əliyevdən yeni TƏYİNAT

Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilib.

Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dağlar Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınıb və Baş Prokurorun əmri ilə Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi təyin edilib.

Faktı XəbərAl.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər.

Bu barədə ilk məlumatı BakıPost xəbər portalı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir