Cəmiyyət

Fəzail Ağamalı Salyan və Neftçaladan ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edən tələbələri təbrik edib

Sharing is caring!

FƏZAİL AĞAMALI:

2020 – 2021 ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edən və tələbə adını uğurla qazanan istedadlı gənclərin sırasında Millət Vəkili olduğum 60 saylı Salyan – Neftçala seçki dairəsinədən Parça Xalac tam orta məktəbinin məzunu Məhərrəmova Aytac Cəmil qızı III qrup üzrə 642,7 bal, Kürsəngi kənd tam orta məktəbinin məzunu Suleymanov Abdulla Feyzulla oğlu III qrup üzrə 620,7 bal, Yeni Uluxanlı kənd tam orta məktəbinin məzunu Mürsəlova Gülceyran Şahin qızı I qrup üzrə 616,2 bal, Aşağı Noxudlu kənd tam orta məktəbinin məzunu Sadıqova Ləman Şahmar qızı III qrup üzrə 602,5 bal toplamışlar. Doğmalarını və zəhməti keçən müəllimlərini sevindirən tələbələrimizi ürəkdən təbrik edirəm. Əminəm ki, onlar ölkəmizin inkişafında öz töhfələrini verəcək və bu sahdə usanmadan çalışacaqlar. Onu da qeyd etmək istərdim ki, yaxın günlərdə seçicilərimlə planlaşdırdığım görüşlərdə tələbələrə xüsusi zaman ayıracağam. Tezliklə sizinlə görüşmək diləyi ilə əziz tələbələr.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir