Cəmiyyət

“Bakı Metropoliteni”nin idarə rəisi vəzifəsindən azad edildi

Sharing is caring!

“Bakı Metropoliteni” QSC-nin 2014-cü ildən hüquq idarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib.

XəbərAl.Az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.

Bir qədər əvvəl isə metronun İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan resursları şöbəsinin rəisi Əli Əliyevin vəzifələri dəyişdirilib. Belə ki, T.Dadaşov Aparat rəhbəri, Ə.Əliyev isə İnsan resursları və layihələrin idarəedilməsi departamentinin rəisi vəzifələrinə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir