Bir müddət əvvəl Salyanda küçəyə atılan uşağın vəziyyəti yaxşılaşıb.
Bu barədə Oxu.Az-a Salyan Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, kanal kənarına atılan və tapılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub:
“Tibb müəssisəsinin Pediatriya şöbəsində uşağa xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib”.
Könül Cəfərli
Xeberal.az