Cəmiyyət

Körpə nərə balıqları Kür çayına buraxılıb

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev XəbərlAl.Az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən tədbirdə nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqları çaya buraxılıb.

F.Əliyevin sözlərinə görə sentyabr ayı ərzində nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir