Cəmiyyət

Cəlilabadda heç bir məzhəbçilik mövcud deyil (AÇIQLAMA)

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə “Cəlilabad rayon icra başçısı vəhabiliyi təbliğ edir” başlıqlı qərəzli yazı yerləşdirilib. Böhtan xarakteli həmin yazı rayon icra hakimiyyətini nüfüzdan salmaq məqsədi daşıyır”.
Bu barədə Cəlilabad rayon İcra Hakimiyyətindən Qaynarinfo-ya daxil olan məktubda deyilir.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə din sahəsində həyata keçirilən uğurlu siyasət Cəlilabad rayonunda da öz bəhrəsini verir, rayonda dini etiqad azadlığı təmin edilir, müxtəlif dini konfessiyalar qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər:
“Rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov heç zaman vəhabiliyi təbliğ etməmiş, dini məzhəblər arasında vəhdətin yaradılmasına çalışmış, dindarlarla münasibətdə dövlət-din prinsiplərini əsas götürmüşdür. O, karantin rejimindən əvvəl müntəzəm olaraq din xadimləri ilə görüşmüş, onların problemlərinin aradan qaldırılmasına kömək göstərmiş, məscidlərin qanun çərcivəsində fəaliyyət göstərməsini, Aşura mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçirilməsini dəstəkləmişdir. Həmçinin o, Aşura günü rayon fəalları ilə birlikdə qanvermə aksiyasında iştirak etmiş, məscidlərdə ehsan süfrələrinin açılmasını təşkil etmişdir.
Ümumiyyətlə, Cəlilabad rayonunda dini radikalizim və şiə-sünni  ayrı-seçkiliyi mövcud deyil. Son zamanlar dindarlar arasında heç bir qarşıdurma müşahidə edilməmiş, dindən siyasi alət kimi istifadə olunmamışdır. İslam dinini gözdən salmağa çalışan bəzi xarici ölkələrin maraqlarına xidmət edən həmin yazının müəllifi təkçə dindarların deyil, rayonun bütün sağlam düşüncəli sakinlərinin narazılığına səbəb olmuşdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir