Cəmiyyət

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 139 yeni yoluxma – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 798, ötən müddət ərzində isə ümumilikdə 973 838 test aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir