Cəmiyyət

Açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsi

Sharing is caring!

Məlum olduğu kimi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam İndeksi” nəşrinin üçüncü buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyətinə həsr edilib. STM, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi hazırlayıb. Bununla əlaqədar keçirilən tədbirdə dövlətimizin başçısının yüksək lider xüsusiyyətləri ilə bağlı çox mühüm fikir və mülahizələr səsləndirilib. Bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev dedi:

– Məlumdur ki, Azərbaycan Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb. Bu sahədə artıq xeyli səmərəli iş görülüb. Mən STM-nin hazırladığı son nəşr və tədqiqat işi ilə yaxından tanış oldum.

Qeyd etmək lazımdır ki, təqdim edilən növbəti hesabat qurumun bu silsilədən üçüncü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü – aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb.

Ölkə Prezidentinin fəaliyyətinin prio­ritet istiqamətlərindən birini təhlükəsizlik və xarici siyasət məsələləri təşkil edir. Hazırkı mərhələdə Azərbaycan beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi mövqelərə malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən rəyi so­ruşulanların əksəriyyəti də bu qənaəti bölüşür. Belə ki, respondentlərin 54 faizi təhlükəsizlik və xarici siyasət istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli, 28,9 faizi əsasən, səmərəli hesab edir. Əks mövqe bildirənlər isə rəyi soruşulanların 6,5 faizini təşkil edir. Sözügedən istiqamətdə cavab verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində yüksəlmə müşahidə olunub. Belə ki, 10,7 faiz respondent təhlükəsizlik və xarici siyasət istiqamətində fəaliyyətlə bağlı sualı cavablandırmaqda çətinlik çəkib.

Bu məqamda bir məsələni də vurğu­lamaq istərdim. Bu günlərdə Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edən Prezident İlham Əliyev olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirdi. Hesab edirəm ki, cənab İlham Əliyev Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində növbəti dəfə ölkəmizin qətiyyətli mövqeyini ifadə etmiş, əzm və iradə göstərdi.

İxtisasca diplomat olan, dünyanın ən nüfuzlu ali məktəblərindən birində 5 il diplo­mat yetişdirən, diplomatik qaydaları yüksək səviyyədə bilən və daim bu qaydalara riayət edən Prezident İlham Əliyev Yunanıstanın səfiri ilə açıq danışaraq bir daha nümayiş et­dirdi ki, Azərbaycanın milli maraqları ən vacib məsələdir, burada qapalı və qaranlıq heç bir məqam ola bilməz;

Bəli, Prezident İlham Əliyevin həyata ke­çirdiyi siyasət dünya diplomatiya tarixinə yazı­lan açıq, səmimi və milli maraqlara əsaslanan siyasət nümunəsidir.

Xalq qəzeti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir