Cəmiyyət

Şah qanun deyil. Qanun şahdır”- Fuad Muradov

Sharing is caring!

Bu atalar məsəlini yazımın əvvəlində əbəs yerə yazmadım. Bu el məsəli xalqımızın tarix boyu qoruyub saxladığı adət ənənələrinin, milli mənəvi dəyərlərlərinin, ümumilli ədalət anlayışının, dövlətlə xalqın vəhdətinin, xalqın dövlətə olan inamının əsas şüarına, simvoluna çevrilmişdir. Bu gün bu el məsəlinin muasir formasını yaşamaqdayıq.

İndi nə şah var, nə də ki, şahla əlbir olub sadə insanlara şahlıq edən vəzirlər və onun əlaltıları. İndi xalqın yazdığı qanun var və xalqdan birinin qoruduğu qanun. Xalq inanır ki, onun seçdiyi və güvəndiyi rəhbər heç zaman xalqın mənafeyini, onun qanunlarını hansısa bir məmurun mənafeyinə qurban verməz. İndi azad və demokratik Azərbaycan var. Xalqın inandığı bir prezident var. Xalqdan biri, həm də o birliyi qoruyan və hər kəsin də qorumasına, əməl etməsinə cavabdeh olan bir prezident. Müstəqil Azərbaycanın qanunlarının əsas qoruyucu Ali Baş Komandan İlham Əliyev.
Onun apardığı daxili və xarici siyasət xətti, taleyüklü qərarların düzgün və yerində verilməsi bir daha Ulu Öndər Heydər Əliyev İdeologiyasının uğurla davam etdiyinin əsas göstəricisidir. Ölkə başçısının son dövürlərdə həyata keçirdiyi islahatlar sözsüz ki, öz bəhrəsini verməkdədir. Hakimiyyətə gəldiyi ilk günlərdə ” Mən hər kəsin prezidenti olacam” şuarı ilə yola çıxan prezident İlham Əliyev bu gün ölkənin hər bir vətəndaşının qayğısına qalmaqdadır. Dəfələrlə öz çıxışlarında hər bir dövlət məmurunun öz vəzifəsini vicdanla yerinə yetirməsinin vacibliyi vurğulayan ölkə başçısı ölkənin hər bir vətəndaşının qanun qarşısında bərabər olmasını, bu bərabərliyi pozmağa cəhd göstərənlərin lazımı cəzalarını alacağını sözdə deyil əməldə göstərməkdədir. Bu bir daha ölkə başçısının öz xalqına olan sevgisinin sübutudur.
Bu birliyi pozmağa çalışan, ölkə daxilində dövlətlə xalqın arasına nifaq salmaq istəyən təşkilatlanmış qrublar və onlara havadarlıq edənlər öz lazımı cavablarını almaqdadırlar. Ölkə başçısı İlham Əliyev bütün bu prosesləri daima nəzarətdə saxlayır. Bu cür ekstrimist qrublar, marginal siyasət yürüdənlər öz mənfur niyətlərinə heç zaman çatmayacaqlar. Cəmiyyətdə çaşqınlıq yaratmaq, xalqın dövlətə olan inamını zəiflətmək üçün dayanmadan çalışan, heç bir əsası olmayan informasiyalar yayaraq insanlarda qorxu yaratmaq, onları öz təsir dairələrində saxlamaq cəhdləri uğursuzluqla nəticələnəcək. Bu gün belə mənfur niyyətli insanlar dövlətimizin hüquq muhafizə orqanları tərəfindən aşkar olunaraq layiqli cavablarını almaqdadırlar.
Xüsusən də ölkəmizin bu pandemiya dövründə çətin sınaqlardan keçdiyi bir vaxtda ölkə rəhbərliyinin qəbul etdiyi qərarlara uymamaqla, sosial ayrıseçkilik yaratmaq cəhdləri uğursuzluqla nəticələnmişdir. Prezident İlham Əliyevin pandemiya dövründə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların sağlamlığının qorunub saxlanılması istiqamətində yürütdüyü siyasət, dövlət daxilində dövlət yaratmaq istəyənlərin planlarını pozmaqla yanaşı, onların öz çirkin niyyətlərinə heç vaxt çatmayacaqlarına inamı daha da artırmışdır. Son günlərdə dövlət başçısı tərəfindən atılan məqsədyönlü addımlar vətəndaşların qanun qarşısında bərabər olduğunu, vəzifəsindən və sosial statustundan aslı olmayaraq hər kəsin dövlətin qanunlarına hörmət etməkdə borclu olduğunu bir daha sübut etmişdir. Bütün bunlar xalqımızda öz prezidentinə olan inamı və sevgini artırmaqdadır. Hüquq mühafizə orqanlarının operativ fəaliyyəti, ölkəmizin milli mənafeyinin, onun suverenliyinin, qanunun aliliyinin qorunması, dövlətin təhlükəsizliyin təmin olunması istiqamətində apardığı məqsədyönlü fəaliyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir.
Ölkəmizi parçalamağa çalışan kalon üzvləri bilməlidir ki, Ölkə başçısı İlham Əliyev tək deyil. Xalq öz prezidentinin yanındadır və onun əmrlərinə hər an hazırdır. Bu ölkədə xalqın qanunlarını, xalqın təyin etdiyi Prezident İlham Əliyev qoruyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir