Xeberal.Az xəbər verir ki, polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş karantin rejiminin qaydalarının təmin olunmasına nəzarət etmək və profilaktiki tədbirlər keçirməklə yanaşı, vaxtaşırı olaraq köməyə ehtiyacı olan və tək yaşayan vətəndaşlara yardım işini də həyata keçirir. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilmiş rayon sakini A.Səfərova baş çəkiblər. Rayonunun Nəsimikənd kəndinin sakini olan həmin şəxs tək yaşadığı üçün polis əməkdaşları ona gündəlik ərzaq tələbatı mallarından ibarət bağlama gətiriblər. Şöbə əməkdakdaşları A.Səfərovun ehtiyacları ilə maraqlanıb və bir daha xatırladılıb ki, yaşadığı yeri tərk edib başqaları ilə təmasda olması həyat və sağlamlıq baxımından təhlükəlidir. Buna görə də zəruri məsələlərlə bağlı hər an polisə müraciət edə bilər. Vətəndaş A.Səfərov göstərdikləri diqqətə və ev şəraitində müalicə aldığı dövrdə gündəlik olaraq onun qayğıları ilə maraqlandıqlarına görə polis əməkdaşlarına minnətdarlığını bildirib.
Oxşar Xəbərlər
Məktəbəqədər təhsil müəssisələrində növbəyə yazılma prosesinə start verilir
Ölkənin bütün şəhər və rayonları üçün valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə avqustun 2-si saat 11:00-dan etibarən start veriləcək. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində müraciət edilən məktəbəqədər təhsil müəssisəsində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu […]
Prezidentin xüsusi nümayəndəsi: “Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”
“Azad edilən ərazilərdə yerli idarəetmənin yeni modeli formalaşdırılmaqdadır”. “Report”un xəbərinə görə, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib. O qeyd edib ki, […]
Türkiyədə ağır qəza: beş nəfər öldü, 20-yə yaxın insan yaralandı – VİDEO
Türkiyənin Qaziantep bölgəsində beş nəfərin ölümü, 17 nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qeyd olunur ki, qəza yük avtomobilinin əvvəl mikroavtobusa, ardınca minik avtomobilinə çırpılması nəticəsində baş verib. Bildirilir ki, yaralılardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Mənbə: İHA Xeberal.az