Xeberal.Az saytı DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilmişdir. Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar Xəbərlər
DÇ-2022-ni izləyən tamaşaçıların sayı məlum oldu
2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını artıq iki milyarddan çox tamaşaçı izləyib. Bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib. Onun açıqlaması qurumun rəsmi saytında yayımlanıb. “2022-cil il dünya çempionatı televiziyada rekord izləmə rəqəmlərinə malikdir. Yarışın artıq iki milyarddan çox tamaşaçısı var ki, bu da inanılmazdır. Qrup mərhələsinin sonunda açıqlanan rəqəmlər ilk 48 matç üçün […]
Boris Conson: “Britaniyada “Avroviziya” Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək” – FOTO
“Gələn il Britaniyada keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcək”. Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson öz “Twitter” hesabında yazıb. Conson qeyd edib ki, keçən həftə o, Prezident Volodimir Zelenski ilə “Avroviziya-2023”ün harada keçiriləcəyindən asılı olmayaraq Ukraynanı və Ukrayna xalqını tərənnüm edəcəyi ilə bağlı razılığa gəlib. “Biz indi müsabiqəni qəbul […]
DSX Heydər Əliyev Beynəlxalq Aeroportunda sıxlıq nədən yaranıb? – AÇIQLAMA + VİDEO
Dövlət Sərhəd Xidməti (DSX) Heydər Əliyev Beynəlxalq Hava Limanında müşahidə olunan sıxlığa münasibət bildirib. DSX-dan bildirilib ki, bu gün 16:15 radələrində pasport nəzarət sistemində problem yaranıb və vətəndaşların dövlət sərhədindən buraxılmasında ləngimələr olub. “Aparılan işlər nəticəsində sistemdə olan problem 16:50 radələrində aradan qaldırılıb. Hazırda vətəndaşların ölkədən buraxılmasında heç bir problem yoxdur”, – qeyd olunub. Xeberal.az