Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2025-ci ildə keçiriləcək Avropa çempionatının (EUROBASKET) seçmə mərhələ oyunlarında iştirak edəcək. Bu, Azərbaycanın qadın basketbolu tarixində ilkdir. Yığma FIBA-nın bayrağı altında təşkil olunan qitə birinciliyinin seçmə mərhələsində mübarizə aparacaq. Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin baş tutacağı ölkələrin adları hələlik məlum deyil. Xeberal.az
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hansı işlərin görüləcəyini açıqlayıb. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq, Dövlət Proqramına əsasən 2026-cı ilin sonunadək aşağıdakı istiqamətlərdə işlər aparılacaq: – hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı, rəqabətqabiliyyətli kadr potensialının formalaşması, […]
Bakıda Heydər Əliyev prospektində təmir sıxlığa səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Heydər Əliyev prospektində əsas və köməkçi yolda təmir işləri aparılır. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq yaranıb. Xeberal.az