Cəmiyyət

Gəncədə baş verən dəhşətli qəzada ölən şəxsin kimliyi AÇIQLANDI – YENİLƏNİB + FOTO

Sharing is caring!


Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

Oxu.Az-ın məlumatına görə, ölən şəxs “Khazar” avtomobilinin sürücüsü 1996-cı il təvəllüdlü Abdulayev Yaşar Kəramət oğludur.

00:34

Gəncədə yağışlı havada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” və “Khazar” markalı 2 minik avtomobili toqquşub, bir nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

22:19

Gəncədə yağışlı hava ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub.

APA-nın məlumatına görə, hadisə Gəncə Şəmkir yolunun 1 kilometrində qeydə alınıb.

Hərəkətdə olan “Prado” ilə VAZ markalı minik maşını toqquşub. Qəza zamanı 1 nəfər ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir