Cəmiyyət

Azərbaycan diplomatları arasında koronavirusa yoluxan var? – RƏSMİ AÇIQLAMA + VİDEO

Sharing is caring!

“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusa yoluxanlar var. Onlar Almaniya, İsveç, Fransa, ABŞ, Finlandiya, Ukrayna, Gürcüstan, Rusiyada olan fəallarımızdır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Komitə tərəfindən həmin şəxslərin əksəriyyətinin gündəlik vəziyyəti ilə maraqlanılır:

“Hazırda onların vəziyyəti yaxşıdır. Diaspor fəallarımızı və vətəndaşlarımızı ciddi narahat edən məsələ yoxdur”.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə qeyd edib ki, diplomatik nümayəndələrimiz arasında yoluxma halı baş verməyib:

“Onlar gücləndirilmiş şəkildə işlərini davam etdirirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir