Cəmiyyət

ANA VƏTƏN PARTİYASI DA XEYİRXAH AKSİYADA FƏAL İŞTİRAK ETMƏKDƏDİR

Sharing is caring!

Ölkəmizdə bəşəri bəla olan Koronavirusa qarşı mübarizədə ciddi xarakter daşıyan sərt məhdudlaşdırıcı tədbirlər həyata keçirilməkdədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın “evdə qal” çağrışına əməl edən imkansız və ahıl həmvətənlərimizə ərzaq yardımı etmək kimi xeyirxah hərəkat bütün şəhər və bölgələrimizdə geniş vüsət almaqdadır.

Ana Vətən Partiyası da bu humanist aksiyaya öz töhfəsini verməkdədir. Bu günə qədər Partiya Aparatının əməkdaşları, Səbail, Masallı, Lənkəran, Bərdə, Salyan, Neftçala, Biləsuvar, Şirvan, Şamaxı, Quba, Siyəzən rayon təşkilatları 570-ə qədər ailəyə ərzaq yardımı göstərmişdir.

Ana Vətən Partiyası xüsusi karantin rejimi bitənədək bu xeyirxah aksiyanın içərisində yer alacaqdır.

Ana Vətən Partiyasının
Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.