Cəmiyyət

Bakıda yaşayan “bomj”un həyatını belə dəyişdilər – VİDEO

Sharing is caring!

Baku TV-nin əməkdaşları Suraxanıda köhnə avtomobilin içində yaşayan və səfil həyatı sürən Elvinin həyatına işıq salıb.

O, 1985-ci ildə Bakının Suraxanı rayonunda anadan olub. Elvinin valideynləri ayrılıb. Atası başqa qadınla ailə həyatı qurub. Bundan sonra Elvinin həyatında problemlər yaranmağa başlayıb. Ögey ana ilə yola getməyən Elvinin qardaşı xaricə köçüb. Bir müddətdən sonra isə bacısı ölüb.

Onun taleyinə həbsxana həyatı da yazılıb. Dörd il məhkumluq həyatı yaşayan Elvin həbsxanadan qayıtdıqdan sonra atası onu qəbul etmir, beləcə, o, küçələrdə qalmağa məcbur olub.

Daha ətraflı videosüjetdə: