Cəmiyyət

Azərbaycanda kişi küçələrə düşüb, “Evdə qal” çağırışı etdi – VİDEO

Sharing is caring!

Yevlax rayon sakini özünə məxsus avtomobili ilə yaşadığı kəndin küçələrinə düşüb, “Evdə qal” çağırışı edib.

Baku TV xəbər verir ki, rayonun Ərəş kənd sakini, 54 yaşlı Mais Mehdiyev insanların karantin rejiminə əməl etməsi üçün belə çağırışlar səsləndirməyi vacib hesab edir.

O, səsgücləndirici vasitəsilə gün ərzində həm avtomobil, həm də piyada olaraq 30 km yol qət edərək insanlara səslənib.

Kənd sakini bildirir ki, iki gündür başladığı işin nəticəsi var və bu cür çağırışlarını karantin rejimi bitənə qədər davam etdirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir