Cəmiyyət

Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir.

Sharing is caring!

Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə  respublikamızın  hər bir yerində olduğu kimi Nəsimi rayonunda da   bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.

Rayon ərazisində fəaliyyət göstərən ali, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər müəssisələrdə, iri ticarət obyektlərində-bazarlarda, yaşayış evlərinin girişlərində, inzibati binalarda, ümumi istifadə olunan yerlərdə və liftlərdə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici  işlərinə başlanılmış,   bu işlərin virusun yayılma təhlükəsi bitənə qədər davam etdirilməsi nəzərdə tutulmuşdur.

Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir.