Xəbər verdiyimiz kimi Tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov koronavirusa yoluxub. XəbərAl.az xəbər verir ki, sosial şəbəkələrdə onun vəziyyətinin ağırlaşması, hətta vəfat etməsi ilə bağlı xəbərlər dolaşırdı. Bu gün “Telegram” kanallarında Rəşid Mahmudovun müalicə aldığı xəstəxanada çəkilmiş fotosu yayılıb. Allah şəfa versin!
Gəncə şəhər Nizami rayon Polis İdarəsinin bölmə rəisi vəzifəsindən azad edilib. XəbərAl.az-ın məlumatına görə, Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmrə əsasən, idarənin bölmə rəisi Tahir Həsənov təqaüd yaşı ilə əlaqədar olaraq vəzifəsindən azad edilib. Onun yerinə Şəmkir rayon Polis şöbəsinin Zəyəm Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Üzeyir Atamov təyin edilib.
Rusiyada daha bir qitələrarası qanadlı ballistik “Avangard” strateji raket sistemi hazır vəziyyətə gətirilib. “RİA Novosti” bununla bağlı kadrları yayımlayıb. Qeyd edək ki, “Avanqard” hipersonik raket sistemi Rusiya Silahlı Qüvvələrinin Strateji Raket Qoşunları arsenalına əlavə edilib. Qurğu atmosferin sıx qatlarında yüksək səs sürəti ilə uçaraq, kurs və hündürlük boyu manevr etmək qabiliyyətinə malikdir. Eyni zamanda, raket […]