Buzovna-Maştağa yolunda yol qəzası baş verib. Hadisə Buzovna-Maştağa yolunda baş verib. Hadisə nəticəsində 3 nəfər qadın ağır xəsarətlər alıb. Xəsarət alan 47 yaşlı qadın sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadın sağ baldırın əzilməsi, 61 yaşlı qadın isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar. Vəziyyətləri orta ağır kimi qiymətləndirilir. (trend)
“Son üç-dörd gün ərzində çoxlu yanğın qeydə alınıb. Bu zaman qeydə alınan 107 yanğından 98-i nəzarət altına alınıb. Doqquz yanğın davam edir”. XəbərAl.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib. Onun sözlərinə görə, təkcə Marmarısdakı yanğınların söndürülməsi üçün 3 təyyarə, 9 helikopter, 20 su tankeri və 529 şəxsi […]
Əfqanıstanın şərqindəki Cəlilabad şəhərindəki özəl tibb tədris müəssisəsində dərs deyən professor Nemətullah Vəli öldürülüb. Yerli mənbələr yazır ki, bir qrup silahlı şəxs əvvəl N.Vəlinin pulunu və telefonu qarət edib. Daha sonra professoru oğurlayaraq özləri ilə aparan naməlum şəxslər onu şəhər ətrafına çıxararaq bıçaqlayıblar. Nemətullah Vəli xəstəxanada dünyasını dəyişib. “Taliban”ın təhlükəsizlik rəsmiləri hadisəyə hələlik reaksiya verməyiblər. Mənbə: Thefrontierpost.com […]