Cəmiyyət

BŞİH-dən məktəb binasının tikintisi zamanı evə ziyan dəyməsi ilə bağlı AÇIQLAMA

Sharing is caring!

Xəbər verdiyimiz kimi, paytaxtın Binəqədi rayonu 2-ci Mədən, korpus 93 adlanan ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib ki, sözügedən ərazidə yaşayan və tikinti zamanı evində problem yaşadığını iddia edən vətəndaş məhkəməyə müraciət edə bilər.

Belə ki, sözügedən ərazidə Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə məktəb binasının tikildiyi təsdiq olunub:

“Ərazidə məktəb binası inşa edilir. Tikinti isə “Mahal” MTK şirkəti tərəfindən aparılır. İki tərəf arasında ziddiyyət varsa, qanuni yollarla həll olunmalıdır. Əgər tikinti zamanı hər hansı yaşayış evinə ziyan dəyibsə, vətəndaş evin sənədləri ilə birlikdə məhkəməyə müraciət edərək, tikinti şirkətindən kompensasiya tələb etmək hüququna malikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir