Cəmiyyət

470 ailə 25 ildir qəzalı binada yaşayır – VİDEO

Sharing is caring!

Gəncənin Gülüstan qəsəbəsində 470 ailə 25 ildir ki, qəzalı binalarda yaşayır.

Baku.Tv xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailələr Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşıblar.

Bina hazırda qəzalı vəziyyətdədir. Eləcə də, elektrik sistemi yararsız haldadır, mavi yanacaq isə yoxdur.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Məlum oldu ki, problemdən sözügedən qurumun da məlumatı var. Üstəlik, bu istiqamətdə iş aparılır. Lakin 470 ailənin nə vaxt yeni binalara köçürüləcəyini komitə rəsmiləri dəqiq deyə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir