Cəmiyyət

Prezident İlham Əliyevin apardığı islahatlar Ağsuda uğurla həyata keçirilir

Sharing is caring!

 

Azərbaycan günü-gündən çiçəklənir inkişaf edir.Regionlarımız və hətta ən ucqar kəndlərimiz belə inkişafa doğru irəlləyir.Bu inkişafı uğurlu həyata keçirə bilən,ciddi tapşırıqlar,gəncləşmə,
kadır islahatlarının geniş vüsət aldığı bir dönəmə gəlib çıxmağımıza səbəbkar məhz prezident İlham Əliyevin danılmaz siyasətinin bəhrəsidir.

Məmurlar arasında bu siyasətə düzgün qiymət verib, Azərbaycanın müstəqilliyini qoruyub saxlanılması üçün həqiqətəndə əlindən gələni edən məmurlarımızda var,bu siyasətə dırnaqarası baxıb, kölgə salmaq istəyənlərdə.Sözssüz ki, kölgə salmaq istəyənlər gec-tez qanun qarşısında cavab verməli olurlar.

 İşinin adını bilən,vətandaşlara can yandıran, onların problemlərini vaxtında və yerində həll edə bilən rayon rəhbərləri və ümumilikdə məmurlarda az deyil.Belə icra başçılarından biri də bu yaxınlarda prezident İlham Əliyevin sərəncamı ilə Ağsu rayon icra başçısı təyin olunan Vahid Tağıyevdir.

XəbərAl.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin imzaladığı bir sıra mühüm sərəncamlar ölkənin sosial-iqtisadi həyatında daha böyük inkişafa yol açır. Bütün sahələrdə uğurlu inkişafı qarşıya prioritet məsələ kimi qoyan dövlət rəhbəri, bölgələri də xüsusi diqqət mərkəzində saxlayır. Bu baxımdan, ölkə başçısı zəif işləyən, eləcə də yaşlanmış rayon icra başçılarını daha cavan, enerjili və bacarıqlı kadrlarla əvəz edir. Rayon rəhbərlərinin daha perspektivli kadrlarla əvəzlənməsi, eləcə də nöqsanlı işləyən başçıların işdən çıxarılaraq cəzalandırılması ölkə əhalisində dövlətə, onun rəhbərliyinə qarşı daha böyük inam və parlaq gələcəyə qırılmaz ümid hissi yaradır.
Rəhbəri bir neçə ay əvvəl dəyişmis rayonlardan biri də Ağsudur. XəbərAl.az saytı olaraq, Ağsuda baş vermiş Başçı dəyişikliyindən sonra bu rayonda aparılan islahatlara diqqət yetirmək istədik. Rayonun hazırki icra başçısı Vahid Tağıyev bu vəzifəyə Prezidentin müvafiq sərəncamı ilə 30 sentyabr, 2019-cu il tarixdə təyin olunub. V.Tağıyev problemləri elə də az olmayan bir rayona rəhbər göndərilib.

XəbərAl.az saytı xəbər verir ki, Yeni icra başçısının əsas diqqət ayırdığı məsələ rayon sakinlərinin qəbul olunaraq dinlənilməsi və hallanan problemlərin qısa müddətdə həll olunmasıdır. V.Tağıyev qayğıları yığılıb qalmış ağsuluları hər həftənin beşinci günləri İH-nin binasında qəbul etməklə kifayətlənmir, eləcə də kəndlərdə tez-tez səyyar görüşlər təşkil edərək, onların problemlərini yerində və daha yaxından öyrənir, müvafiq göstərişlər verir. Rayon rəhbərinin ortaya qoyduğu iradə nəticəsində Ağsu ərazisində yaşıllaşdırma, abadlaşdırma, yenidənqurma sahəsində böyük canlanma meydana gəlib. Belə ki, rayon mərkəzindəki park və küçələrin ağacları budanır, bəzək kolları səliqəyə salınır, örtük daşları yenilənir, bir sözlə, göz oxşayacaq gözəlliklər yaradılır. Rayon mərkəzi ilə kəndləri birləşdirən, o cümlədən, kəndarası yolların rahatlığı diqqətdə saxlanır, əhalinin çətinliksiz gediş-gəlişi təmin olunur. Rayon camaatının fasiləsiz işıq və rabitə ilə təminatı istiqamətində də ciddi işlər aparılır. Bu mənaya köhnə dirəklərin dəyişdirilməsini, kabelləşmə işlərinin aparılmasını, yeni işıq yarımstansiyasının quraşdırılmasını da aid etmək olar.
Apardığımız müşahidələrə əsasən, demək olar ki, bu gün Ağsu rayonunda bütün sahələr üzrə ciddi tədbirlər həyata keçirilir və əhalinin rifah halı maksimum fəaliyyət nəticəsində yaxşılaşdırılır.
Mirismayıl Mətbuat: Ağsu ziyalıları Xəbəral.az saytına bildirdilər ki, icra başçısı Vahid Tağıyev vətəndaşları öz yazılmış qəbul saatı ilə kifayətlənməyib hər gün mütamadi olaraq qəbul edir.Elə vaxt olur ki, bu qəbul gecə saatlarına qədər çəkir.

Bir sözlə Ağsuda böyük canlanma var!
Demək olar ki,cənab prezidentin kadır dəyişikliyi o cümlədən gənclərə böyük yer verilməsi rüşvət və korrupsiya hallarının aradan qaldırılması uğurla həyata keçrilir.
Mirismayıl Mətbuat: Gəlin son vaxtlar icra başçısı Vahid Tağıyevin təşəbbüsü ilə görülən işlərə bir nəzər salaq:
Belə ki, Ərəbsarvan kəndində ümumi ərazisi 1252 hektar olan “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin qurulması işləri davam etdirilib, ümumi ölçüsü 500 hektar olan sahədə pivot suvarma sistemi qurulub. Nəqliyyat-texnika parkı, yem zavodu və toxum fabriki yaradılıb, ətlik və südlük heyvandarlığın inkişafı məqsədilə 2000 başlıq heyvandarlıq kompleksi inşa edilib.
Rayonda bağçılığın inkişafına da xüsusi yer verilib, 2016-2019-cu illərdə badam bağlarının sahəsi genişləndirilərək 105,5 hektara çatdırılıb. Təkcə 2019-cu ildə 53 hektar sahədə badam bağı salınıb. “Padar Aqro” MMC-nin kənd təsərrüfatı məhsullarının istehsalı kompleksinin tikintisi davam etdirilib, Gəgəli bələdiyyəsi ərazisində toxumçuluq təsərrüfatı və heyvandarlıq kompleksi genişləndirilib. Nüydü bələdiyyəsi ərazisində və Daşdəmirbəyli kəndində taxıl saxlama anbarları kompleksi istifadəyə verilib.
Mirismayıl Mətbuat: Rayonda 2019-cu ildə ümumi məhsul buraxılışı əvvəlki illə müqayisədə 11 milyon manat artaraq 212,7 milyon manat olub. Kənd təsərrüfatı 11,1 faiz artıb, istehsalçılara dövlət maliyyə yardımı davam etdirilib. Ənənəvi məhsullardan sayılan barama istehsalının bərpası ilə bağlı işlər sürətləndirilib. Baramaçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2016-2019-cu illərdə 196,5 min tut tingi əkilib ki, bunun 47,5 mini ötən ilin sonunda gətirilən tinglərdir. Hesabat ilində 9,96 ton barama tədarük olunaraq emal müəssisələrinə satılıb.

Ağsunun Xəlilli kənd icra nümayəndəsinin təşəbbüsü ilə yaşıllıq məqsədi ilə 2 hektara yaxın ağac əkilib.
Həqiqətən də bu cür getsə bir neçə ilə Ağsu rayonu regionun ən inkişaf etmiş rayonlarından biri olacaq.
Çətin və şərəfli işində Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevə və onun formalaşdırdığı işgüzar kollektivə uğurlar arzu edirik.
Növbəti daha da gözəl və sürətli inkişafda görüşənədək!
Mirismayıl Mətbuat: Hazırladı: Mirismayıl Xələfli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir