Cəmiyyət

Sumqayıtda “Zəif Əzələ Güclü İradə” Kitabının təqdimat mərasimi keçirildi

Sharing is caring!

Bu gün Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai birliyinin təşkilatçılığı ilə Sumqayıt şəhəri Poeziya Evində təşkilatın üzvü 1-ci qrup əlil yazar Samir İmanovun “Zəif Əzələ Güclü İradə” kitabının imza günü keçirilib.

SosialXeberal.az xəbər verir ki, İmza günündə bir çox dövlət,media,QHT nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə Poeziya evinin rəhbəri,Azərbaycan Yazışılar Birliyinin üzvü İbrahim İlyaslı Samir İmanovun kitabı ilə bağlı öz fikirlərini bölüşdü və ona yaradıcılıq uğurları arzuladı. Sonra tədbirin aparıcısı şair,əməldar jurnalist Əli Nəcəfxanlı Samir İmanov haqqında və onun çox güclü iradəyə məxsus olduğunu bildirdi.ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova İmza günü ilə bərabər həmdə qarşıdan gələn “Beynəlxalq Qadınlar Günü”münasibəti ilə bütün xanımları təbrik etdi və bu tədbirdə əziyyət çəkən bütün təşkilat üzvülərinə minnətdarlığını bildirdi.
Sonra tədbirdə iştirak edən Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsi Gülrəng xanım, Sumqayıt Təhsil şöbəsinin əməkdaşı Balayar Əliyev, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin,Ana Vətən Partiyası Ali Məclisinin sədri Elçin Ağamalı, Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Reyhan Yunisova, Sumqayıt şəhər Məşqulluq Mərkəzinin nümayəndəsi Zaur Allahverdiyev, QHT rəhbərləri Mətanət Əsgərqızı,Zenfira Musatafayeva, Cəmilə Abdulova,Cəsarət Hüseynzadə,Gəray Əlibəkov,Tahir Xuduyev və digərləri çıxış edərək öz ürək sözlərini söylədilər, müəllifə yaradıcılıq uğurları dilədilər. Tədbir müğənillər Vasif Nəsirov, Ruslan Ələkbərovun gözəl ifaları ilə sona çatdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.