Bu gün Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur. Xəbər portalının baş redaktoru Peyman Sadıqovun verdiyi məlumata görə, Xalqxeber.Az 2012-ci ilin mart ayından internet istifadəçilərinin ixtiyarındadır. Sayt 8 illik fəaliyyəti dövründə ölkəmizdə baş verən ictimai-siyasi hadisələri və aparılan abadlıq-quruculuq işlərini operativ olaraq işıqlandırıb. Qeyd edək ki, xəbər portalının yaradılmasında əsas məqsəd dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Sayt dünyada və ölkəmizdə baş verən bütün dəyişiklikləri oxuculara çatdırmaqda güzgü rolunu oynayır. Ümumilikdə dövlət və cəmiyyət arasında qarşılıqlı əlaqələrin, vətəndaş münasibətlərinin formalaşmasında körpü rolunu oynamaq missiyasını yerinə yetirməyə çalışır.
Oxşar Xəbərlər
Bakıda 9-cu beynəlxalq kitab sərgisinin açılışı olub
Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub. “Report” xəbər verir ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak ediblər. Sərgidə 11 ölkədən 30-dan çox xarici […]
Ekspert: “Subyektlər öz işçilərinə 345 manatdan aşağı əməkhaqqı yaza bilməyəcəklər” – FOTO
“Azərbaycanda minimum əməkhaqqı və minimum pensiya məbləğlərinin artırılması digər əməkhaqqı və pensiya məbləğlərinin də artırılmasına səbəb olacaq”. Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Yanvarın 5-də Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə 10 gün […]
Ərdoğan: “Krımın ilhaqını tanımırıq, Ukraynaya qaytarılmalıdır”
“Türkiyə Krımın ilhaqını tanımır, ilk gündən bu addımın qeyri-qanuni və hüquqdankənar olduğunu müdafiə edir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması sammitinə video müraciətində bəyan edib. O, platformanı düzgün hesab etdiklərini və onu dəstəklədiklərini bildirib. “Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Ukraynanın suverenliyinin qorunması qlobal təhlükəsizlik və sabitlik üçün çox vacibdir”, – deyə o, […]