Cəmiyyət

Xızı polisi məktəblilərlə görüş keçirib

Sharing is caring!

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xızı RPŞ-nin təşkilatçılığı ilə rayonda yerləşən R.İsmayılov adına tam orta məktəbdə “Narkomaniyaya yox deyək” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbir keçirilib. Tədbirdə Xızı RMX-nın və təhsil şöbəsinin əməkdaşları, həmçinin məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Faiq Hüseynov müasir dövrümüzün ən ağrılı problemlərindən olan narkomaniyanın gənclər arasında yayılma səbəblərindən, onların həyatlarında yaratdığı problemlərdən və bu bəla ilə mübarizə tədbirlərindən danışıb.

Dini radikalizmin fəsadlarından danışarkən o, Azərbaycanın tolerant bir dövlət kimi bütün dünyaya nümunə olduğumu və ölkəmizdə hər bir şəxsin dini inanclarına hörmətlə yanaşıldığını bildirib.

Müəllim və şagirdlər belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışaraq, təşkilatçılığa görə RPŞ-nin rəhbərliyinə və bütün kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda məktəblilərə narkotik maddələrin fəsadları barədə videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi adlı şəxsin şəkli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.