Cəmiyyət Müharibə

Fəzail Ağamalı: Xocalı Soyqırımı Azərbaycan Xalqının Qan Yaddaşıdır!

Sharing is caring!

 

1992-ci ilin fevralın 25 dən – 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir, bəşəri cinayətdir. Son üç əsrdə ermənilərin və onları himayə edən güc mərkəzlərinin qarşıya qoyduqları məqsəd tarixi Azərbaycan torpaqlarında mifik “böyük Ermənistan” yaratmaqdır. Xalqımıza qarşı təxribat, terror, kütləvi qırğın kimi cinayətlər törətməklə niyyətlərinə çatmağı planlayan qəddar, vəhşi erməni xalqı Xocalı faciəsini törətməklə bir daha insanlıqdan uzaq, vəhşiliklərini nümayiş etdirdilər. Təəssüflər olsun ki, dünyanın aparıcı dövlətləri və Beynəlxalq Təşkilatlar hələ də Xocalı soyqırımına və onu törədənlərə qarşı addımlar atmırlar. Bu əslində Xocalı soyqırımını törədənlərə dəstəkdir, onlarla bərabər olmaq deməkdir. Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək kifayət deyil, biz həm də erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün fəaliyyətimizi daha da gücləndirməliyik və harınlamış bu etnosdan intiqamımızı almaq üçün Dövlətimizi daha da gücləndirməli, onunla bərabər olmalıyıq. Xocalı soyqırımı Azərbaycan Xalqının Qan yaddaşıdır! Xocalı qurbanlarını dərin ehtiramla anır, TANRIDAN onlara rəhmət diləyirəm! Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri, Tarix elmləri doktoru, professor

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir