Cəmiyyət

Bakının bu küçəsində problem bitmir: Qışda palçıq, yayda ilan yuvası – VİDEO

Sharing is caring!

Bakının Xətai rayonunda yerləşən Naximov küçəsi döngə 2 ünvanındakı palçıqlı yollar və cəngəlliyi xatırladan qamışlıq ərazi sakinlərin haqlı narazılığına səbəb olur.

Payız-qış aylarında bu palçıqlı yollar gediş-gəlişdə problemlər yaradır, yaz-yay aylarında isə ərazidəki qamışlıq ilanların yuvasına çevrilir.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən Baku TV-yə verilən məlumata görə, həmin ərazi diqqət mərkəzindədir.

Hava şəraitinə uyğun olaraq mart ayının ortalarından abadlıq işlərinə başlanılacaq.

Küçələrin palçıqlı olması bir yana, getdikcə havanın  isinəcəyini nəzərə alsaq, ilanların burada yaşayan insanlar üçün yaradacağı təhlükəni təsəvvür etmək çətin deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir