Cəmiyyət

Neftçalada tender udan şirkətlər… – Onların da işi araşdırılmalıdır…

Sharing is caring!

2019-cu ilin yanvar-dekabr aylarında Neftçala rayonunda 1 milyon 235,2 min manat məbləğində 15 tender keçirilib.

Neftçala rayonunda 15 tenderin 8-ni icra hakimiyyəti keçirib. İcra hakimiyyətinin keçirdiyi tenderlərin ümumi məbləği 471,2 min manatdır.

Neftçala Suvarma Sistemləri İdarəsi keçirdiyi tenderlərin ümumi məbləğinə görə birincidir. Dövlət qurumunun 5 tenderinin ümumi məbləği 737,8 min manatdır.

Rayon üzrə ən çox tender qazanan şirkət “İlkin-N” MMC-dir. Şirkət Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 3 tenderini qazanıb. Şirkətin 3 tenderdən qazandığı məbləğ 490.8 min manat dır. Neftçala rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderini “Göy-göl tikinti” MMC qazanıb. Şirkət 1 tenderdən 290 min manat qazanıb.

Bundan başqa rayonda Neftçala rayon Mərkəzi Xəstəxanası müvafiq satınalmalar həyata keçirib. Xəstəxananın tenderlərinin qalibi fiziki şəxslər olub.