Cəmiyyət

Şikayət: “Uşaqlarımızı qəzalı vəziyyətdə olan məktəbə göndərmək istəmirik” – VİDEO

Sharing is caring!

Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəb binası qəzalı vəziyyətdədir.

Bu barədə valideynlər tərəfindən məlumat verilib.

Bildirilib ki, üçmərtəbəli məktəb binasının divarları ikiyə bölünüb. 844 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb binası 48 sinif otağından ibarətdir. Qəzalı vəziyyətdə olan məktəbdə bu gün 1556 şagird təhsil alır.

Valideynlərin sözlərinə görə, 13 il əvvəl istifadəyə verilən məktəb artıq bərbad vəziyyətdədir:

“Məktəb binasının üçüncü mərtəbəsinin divarlarında iri həcmli çatlar yaranıb. Bina çox pis vəziyyətdədir. Kanalizasiya və istilik sistemləri işləmir. Uşaqlarımızı bu şəraitdə olan məktəbə göndərmək istəmirik. Məktəb az qalır ki, iki yerə bölünsün. Xahiş edirik ki, köməklik göstərəsiniz”.

Qeyd edək ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 320 nömrəli tam orta məktəb Prezident İlham Əliyevin sərəncamına əsasən inşa edilib və 15 sentyabr 2007-ci ildə istifadəyə verilib.