Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb. Xeberal.az xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Uilyam Kollama Frensis Konnor və David Roome laynsmanlar qismində köməklik göstərəcəklər. Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. […]
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş start götürüb. Bu barədə Vesti.ru məlumat yayıb. “Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, – deyə görüşdə V.Putin bildirib. Xeberal.az
Sükan arxasında huşunu itirən qadın ayağının əyləcdə qalması səbəbindən maşını qarşı yola çıxıb. Digər sürücülər və yoldan keçənlərin sayəsində faciə yaşanmadan avtomobili saxlamaq mümkün olub. Hadisə Rusiyanın Moskva vilayətində baş verib. RF DİN hadisənin baş verdiyi anın görüntülərini yayıb. Kadrlardan minik avtomobilin arxasınca gedən yük maşınının sürücüsünün yoldakıları əvvəlcə siqnalla, sonra isə qışqıraraq sözlə baş […]