Cəmiyyət

Gəncədə 52 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Sharing is caring!

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, Şah İsmayıl Xətai prospektində yolu qarşı tərəfə keçmək istəyən piyada 1971-ci il təvəllüdlü Ələkbərov Murad Qurban oğlunu avtomobil vurub.

Piyada ağır xəsarət alıb və xəstəxanaya aparılıb. Lakin tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir