Cəmiyyət

Fəzail Ağamalı: “Nəticələrin ləğvi üçün əsas yoxdur”

Sharing is caring!

“Qalib gəldiyim dairədə nəticələrin ləğv olunması barədə məlumatlar əsassızdır”.

Bu sözləri Yenisabah.az-a 9 fevral növbədənkənar parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsinin qalibi elan edilən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

AVP sədri əlavə edib ki, Mərkəzi Seçki Komissiyasında bütün dairələr, o cümlədən, 60 saylı Salyan-Neftçala dairəsi üzrə nəticələrə baxılır.

“Bizim dairəyə pozucu qüvvələr məntəqələrin fəaliyyəti ilə bağlı montaj olunmuş videolar göndəriblər. Dünən dairədə həmin videolara baxılıb. Bu gün müzakirə üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Dairənin ləğvi barədə məlumatlar şayiədir. Bunu qaragüruh qüvvələr yayır”, – deyə Fəzail Ağamalı qeyd edib.

AVP sədri bildirib ki, nəticələrin ləğv olunacağına inanmır:

“Güman etmirəm ki, ləğv olunsun. Bunu qətiyyətlə deyirəm. Mən 25 ildir ki, seçki prosesindəyəm. Seçki Məcəlləsini də kifayət qədər yaxşı bilirəm. Ona görə də hesab edirəm ki, nəticələrin ləğvi üçün əsas yoxdur. Sadəcə, ortada montaj olunmuş videolar var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir