Cəmiyyət

Rauf Arifoğlunun seçildiyi dairənin də nəticələri ləğv olundu

Sharing is caring!

Seçki Komissiyasının iclasında Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai Üçüncü Seçki Dairəsi ilə bağlı daxil olan müraciətlərə baxılıb.

Oxu.Az-ın xəbərinə görə, iclasda bildirilib ki, səsvermə prosesində həmin dairədə qanun pozuntularına yol verilib.

Qeyd olunub ki, həmin qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallardır.

İclasda qərara alınıb ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin nəticələri ləğv edilsin.

Həmçinin, 33 məntəqədən 30-da pozuntu hallarına yol verildiyi bildirilib.

Qeyd edək ki, parlament seçkilərinin nəticələri ilə bağlı MSK-nın açıqladığı ilkin açıqlamaya görə həmin dairədə lider namizəd Rauf Arifoğlu idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir