Cəmiyyət

SAĞLAM GƏLƏCƏK NAMİNƏ-DİN

Sharing is caring!

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı, Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin rayon nümayəndəsinin iştirakı ilə rayonunun Ağbaş kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Məhəmməd İbrahimov şagirdlərə ictimaiyyətin sosial-iqtisadi inkişafına ağır zərbə vuran və gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən narkomaniyanın mənfi xüsusiyyətlərindən danışaraq, bu maddələrin yayılmasının qarşısı alınması istiqamətində keçirilən maarifləndirici tədbirlərin vacibliyi vurğulayıb. Polis rəisi onu da qeyd edib ki, yeniyetmələrin bu istiqamətdə maarifləndirilməsi cəmiyyət tərəfindən bəyənilir və təqdir olunur. Bunun nəticəsidir ki artıq məktəblilər yeniyetmə yaşlarında bu maddələrin zərərlərindən məlumatlı olur, pis vərdişlərdən və narkotik aludəçisinə çevrilmiş şəxslərdən kənar gəzirlər.

Daha sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov, polis şöbəsinin əməkdaşı Mübariz Zəkəryəyev və digər tədbir iştirakçıları erkən nikaha daxilolma və dini radikalizm mövzularında geniş çıxışlar edərək şagirdlərə zəruri bilgilər veriblər. Şagirdlərə bütün savad və bacarıqlarını elmə yönəltmələrinin vacibliyini bildirən məruzəçilər, məktəblilərə təhsillərində uğurlar arzulayıblar.

Tədbirin sonunda iştirakçılara narkomaniyanın yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir