Cəmiyyət

“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb.

Sharing is caring!

“Müstəqil həyata sağlam inteqrasiya” layihəsinin Maştağada yerləşən 1 saylı İnternat məktəbindəki ilkin hissə başa çatıb. “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müstəqil həyata sağlam inteqrasiya” uşaq evləri və internat məktəblərində təhsil alan və həmin müəssisələrdən məzun olan gənclərin psixo-sosial reabilitasiyası layihəsinin Maştağa qəsəbəsi 1 nömrəli internat məktəbi hissəsi uğurla başa çatıb. İnternat məktəbində keçirilən bağlanış mərasimində “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin sədri Araz Əhmədov, PXTM-nin icraçı direktor müavini Rəşad Bayramov, “Loqos” un təlimçisi, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kamran Məmmədov iştirak ediblər. Bağlanışda “Loqos” un təlimçisi Kamran Məmmədov uşaqlara “Motivasiya, şəxsi inkişaf və uğur” adlı təlim keçib. Təlim zamanı bildirilib ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdən sonra uşaqlar qrup işi hazırlayıb, təqdimat ediblər. Məlumat üçün bildirək ki, layihə çərçivəsində Maştağa 1 nömrəli internat evində 12 nəfər gəncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən 8 seansdan ibarət psixoloji reabilitasiya xidməti göstərilib. Hal-hazırda Buzovnada 10 nəfər internat gənci ilə psixoloji seanslar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir