Cəmiyyət

Ağcabədidə Böyük Britaniya səfirinin iştirakı ilə gənc müəllimlər üçün təlim keçirilib – FOTO

Sharing is caring!

Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən BREN layihəsi Cənubi Qafqazda qeyri-dövlət aktorlarının və qadın hüquqları təşkilatlarının dayanıqlılığını artıraraq, onların bu regionda sabitlik və təhlükəsizliyə transformativ, inklüziv və davamlı töhfələr verə bilmək qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində 25 Yanvar 2023-cü il tarixində Böyük Britanyanın Azərbaycandakı səfiri Fergus Auldun da iştirakı ilə Ağcabədi rayon Əlfi Məmmədov adına Salmanbəyli kənd tam orta məktəbində Gender Hub İctimai birliyinin təşkilatçılığı ilə erkən nikah və bu kimi sosial məsələlər üzrə maarifləndirici təlimlər baş tutub. 

Sessiyalarda  erkən nikah və qohum evlilikləri haqqında müzakirələr aparılıb və bunun nəticəsində məktəblərdə bullinqlə mübarizə, gender bərabərliyi, stereotiplər mövzularında şagirdlərin tənqidi təfəkkürünün inkişaf etdirilməsi prosesi sürətləndirilib. 

Yerli icra orqanından olan Sevinc Niftalıyeva və məktəb direktoru Gülbikə Məmmədovanın açılış nitqi ilə başlayan bu maarifləndirici sessiyalarda Gender Hub İctimai Birliyinin sədr müavini Roman Qocayev və Avropa Şurasının təlimçilər bazasının üzvü Pərvanə Məmmədova təlimçi kimi çıxış ediblər. Sessiyalarda 30-a yaxın gənc müəllim və 120-ə yaxın şagird iştirak edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir